Metaverse sözü Meta və Universe sözlərinin birləşməsindən yaranır. Meta – kənar (digər), Universe – kainat deməkdir. ”Uydurma kainat” mənasına gəlir.
Metaverse insanların real həyatda edə bildiyi bir çox şeyi virtualda da etməsinə imkan verən bir dünyadır. Bunun üçün isə VR və ya ağıllı eynək texnologiyasından istifadə nəzərdə tutulur.
Əgər siz memar yaxud dizaynersinizsə, metaverse-də sizin üçün çox iş var!!!
Metaverse, qarşıdakı dövrdə memarlıq/dizayn fəaliyyətinin və innovasiyaların çoxunun baş tutacağı yerdir. Fizika qanunları, material xassələri və tikinti xərcləri kimi məhdudiyyətlərdən azad olan metaverse memar və dizaynərlər üçün geniş yol açır.
Memarın və ya dizaynerin təxəyyülü real dünyada məhduddur, çünki fiziki dünyada dizayn və tikinti olduqca çox vaxt və xərc tələb edir. Virtual mühitdə bu elementlər yox olur və bu o deməkdir ki, dizaynerlər üçün təxəyyülün hüdudları aşılır.
Həmçinin Metaverse-in struktur inkişafı məhv dizaynerlərin üzərinə düşür.
Metaverse arxitekturasında qurulan və dizayn edilən məkanlar istifadəçilərə dünyada yaşaya bilməyəcəkləri yaradıcı mühitlər təqdim edir. Gələcəkdə Metaverse-in struktur inkişafının tamamlanması ilə onun istifadəsi genişlənəcək və istifadəçilərə daha sağlam və fərdiləşdirilmiş məkanlar təqdim etmək lazım gələcək. Bu mühitlər isə bacarıqlı memar və dizaynərlər tərəfindən yaradılmalıdır.